Hindistanda seçkilərdə rekord sayda seçici səs verib

12:49 - 3 İyun 2024 - DÜNYA

Hindistanda keçirilən ümumi parlament seçkilərində 642 milyon seçici səs verib ki, bu da ümumi parlament seçkiləri üçün dünya rekordu olub.

Ucnoqta.az xəbər verir ki, bunu ölkənin seçki komissiyasının rəhbəri Rajeev Kumar deyib.

"Hindistan bu il Lok Sabha [Parlamentin aşağı palatası] seçkilərində səs verən 642 milyon seçici, o cümlədən 312 milyon qadınla dünya rekordu vurub" -Kumar deyib.

2019-cu il ümumi parlament seçkilərində 603,7 milyon vətəndaş səs verib.

Xəbər xətti