Karantin rejiminin pozulmasına görə yazılmış cərimələr silinəcək - Gürcüstanda

12:27 - 3 İyun 2024 - DÜNYA

Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı karantin rejimini pozduqlarına görə 1,8 mindən çox ölkə sakininə kəsilmiş cərimələri siləcək.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Artıq bir neçə ildir ki, vətəndaşlarımız cərimələrə məruz qalırlar ki, bu da, fikrimizcə, onun tutulması tamamilə əsassız olardı. Müvafiq olaraq, bugünkü iclasda hökumət bu cərimələrin silinməsi ilə bağlı qərar verəcək”, - Kobaxidze hökumət iclası başlamazdan əvvəl deyib.

Baş nazirin qeyd etdiyi kimi, 1855 fiziki və 38 hüquqi şəxs cərimə ödəməkdən azad ediləcək. Yığılmış cərimələrin ümumi məbləği 5,6 milyon lari (təxminən 2 milyon dollar) təşkil edib.

Xəbər xətti