Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 17,762 milyard dollar artıb.
Ucnoqta.az xəbər verir ki, Bloomberg Billionaires Index-in məlumatına görə, ilin əvvəlindən Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 6,28 milyard dollar qazanıb, onun sərvəti 25,1 milyard dollar təşkil edib. “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 4,83 milyard dollar artaraq 25,7 milyard dollara çatıb. Eyni zamanda, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 2,78 milyard dollar qazanıb, onun sərvəti 27,4 milyard dollara yüksəlib (milyarderin pul investisiyalarının və şəxsi aktivlərinin dəyəri qismən dividendlərin, insayder əməliyyatlarının və bazar fəaliyyətinin təhlilinə əsaslanır).
Ən böyük itkini təbii qaz istehsalçısı Novatek şirkətinin səhmdarı Gennadi Timçenko verib, onun sərvəti 3,14 milyard dollar azalaraq 11 milyard dollara düşüb (dəyər dividendlərin, daxili əməliyyatların, vergilərin və bazar göstəricilərinin təhlili əsasında).