Türkiyədə may ayında inflyasiya ən yüksək həddə çatıb

11:44 - 3 İyun 2024 - İQTİSADİYYAT

Türkiyədə may ayında inflyasiya 75,45% (illik hesablanmış) təşkil edib.

Ucnoqta.az xəbər verir ki, Milli Statistika İnstitutunun məlumatına görə, bu, 2022-ci ilin noyabrından bəri maksimum göstəricidir (84,4%).

ENAG müstəqil iqtisadçılar qrupunun məlumatına görə, Türkiyədə may ayında illik inflyasiya 120,66% olub. Apreldə ölkədə inflyasiya 69,8% (illik) təşkil edib. ENAG bunu 124,35% qiymətləndirib.

Statistika institutunun məlumatına görə, aprel-may aylarında inflyasiya 3,37% artıb. ENAG-ın məlumatına görə, artım 5,66% təşkil edib. Minimum qiymət artımı (1,01%) rabitə sektorunda, maksimum (9,6%) hazır geyim və ayaqqabıda qeydə alınıb.

Xəbər xətti