Toy axşamında bəyin ölümünün yeni detalları - ŞOK YENİLİKLƏR

10:45 - 3 İyun 2024 - ÖLKƏ İÇİ

Qazaxda toy axşamında özünü asmaqla intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.

O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı: "Bağa getmişdim, dedim, bəlkə, traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı".

Ucnoqta.az xəbər verir ki, mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti 3 il davam edib və aralarında heç bir problem olmayıb.

Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

Ətraflı Baku TV-nin süjetində:

Xəbər xətti