"İraq İslam Müqavimət" Hərəkatına aid silahlılar İsrailin şimalındakı Hayfa şəhərində mühüm infrastruktur obyektinə hücum etdiklərini iddia ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram-kanalında dərc olunan məlumatda deyilir. Zərbələrin fələstinli mülki vətəndaşların qətliamına cavab vermək məqsədilə həyata keçirildiyi bildirilir.