Koreya Respublikasının şərqində Yapon dənizində potensial böyük neft və qaz yatağı aşkar edilib.
Ucnoqta.az xəbər verir ki, nunu Cənubi Koreya prezidenti Yoon Suk Yeol brifinq zamanı deyib.
O, bildirib ki, Pohang şəhəri yaxınlığındakı Yongil Körfəz yatağı təxminən 14 milyard barel neft və qaz saxlaya bilər. Prezidentin sözlərinə görə, bu həcmdə neft Koreya Respublikasına 4 il, qaza isə 29 il çatacaq.
"Son tədqiqatlar yatağın 14 milyard barel neft və qaz ehtiyatına malik olması ehtimalının yüksək olduğunu göstərir", - Yoon Suk Yeol deyib.