Çexiyada ildırım vurması nəticəsində xəsarət alanların sayı artıb

00:01 - 3 İyun 2024 - DÜNYA

Çexiyanın şimalında Liberets şəhərində 9-u uşaq olmaqla 18 nəfər ildırım vurması nəticəsində xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ČTK agentliyi məlumat yayıb. Onlardan 7-si ağır vəziyyətdə klinikalara yerləşdirilib.

Çex polisi X-də daha əvvəl məlumat verdi ki, fövqəladə hadisə günorta saatlarında Liberetsdəki Vratislavice rayonunun saray parkında şənlik zamanı 15 nəfər yaralanıb. 

Xəbər xətti