"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borges yay transfer pəncərəsində klubu tərk edəcək.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borges yay transfer pəncərəsində klubu tərk etmək niyyətindədir. Mənbənin məlumatına görə, braziliyalı "Qarabağ"a qayıtmaq niyyətindədir.
Kadi Borges başa çatan mövsümdə "Krasnodar"ın heyətində bütün yarışlarda 33 oyun keçirib və 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 3,5 milyon avro qiymətləndirir. Futbolçunun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Murad Musayevin komandası 56 xal toplayaraq Rusiya çempionatının turnir cədvəlində ikinci yeri tutub.