Mövsümündə satılmayan qarpız haradan gətirilir? – Video

09:14 - 2 İyun 2024 - ÖLKƏ İÇİ

Mövsümü olmasa da, market və bazarlarda qarpızın satışına rast gəlinir.

Ucnoqta.az xəbər verir ki, yerli məhsul hələ yetişmədiyinə görə piştaxtalarda yalnız xaricdən gətirilən məhsullar var. Qiymətlərdə də xeyli artım müşahidə edilir.

Paytaxt bazarlarında qarpızın 1 kiloqramının qiyməti iki-üç manat arasında dəyişir. Satıcılar hazırda qarpızın əvvəlki aylarla müqayisədə 20-25 faiz baha olduğunu bildiriblər.

Satıcıların sözlərinə görə, yerli məhsul hələ yetişmədiyindən piştaxtalarda yalnız xaricdən gətirilən məhsullar var. Bahalaşmaya səbəb isə havalar isindikcə bu məhsula tələbatın artmasıdır.

Onlar yerli məhsulun iyul ayının sonlarında satışa çıxacağını bildiriblər.

Bəzi alıcılar isə qarpızın mövsümü olmadığından onu almaqdan çəkindiklərini və yerli məhsulun daha təhlükəsiz olduğunu bildiriblər.

Ətraflı xəzərxəbər-in süjetində:

Xəbər xətti