KXDR Koreya Respublikası ərazisinə zibil olan 600-ə yaxın şar göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən Yonhap agentliyi məlumat yayıb.
Nəşr bildirir ki, iyunun 2-də səhər saatlarında paytaxt bölgəsində, o cümlədən Gyeonggi əyalətində təxminən 600 şar aşkar edilib.
Bundan əvvəl agentlik KXDR-nin Cənubi Koreyaya zibil olan şarlar göndərdiyini bildirmişdi.