İsrail Müdafiə Qüvvələri (IDF) bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin Walla xəbər portalı məlumat yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri, Deyr əl-Bələh, Qəzza şəhərinin cənub hissəsi və Əl-Buric şəhəri də var.
Həmçinin bildirilir ki, İDF raket katerləri Qəzza zolağının şimalında bir neçə hədəfi atəşə tutur.