Tayvanın şərq sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 18 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.