Husi qiyamçı hərəkatı "Ənsar Allah" Yəməndəki radikal təşkilatların hədəflərinə Böyük Britaniya və ABŞ-ın zərbələrinə cavab olaraq Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” təyyarədaşıyan gəmisinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
Ənsar Allah sözçüsünə görə, zərbə bir neçə qanadlı və ballistik raketlərdən istifadə edilməklə həyata keçirilib və hədəfə çatıb. "Vuruş dəqiq olub" - Sariya deyib.