Avropa İttifaqı Ukrayna ilə münaqişədə Rusiyaya yardım göstərdiyinə görə KXDR-də 9 nəfər və təşkilata qarşı sanksiya tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün Şura BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozaraq və onlara açıq-aşkar məhəl qoymamaqla, habelə KXDR-in Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə verdiyi hərbi dəstəyi nəzərə alaraq qeyri-qanuni nüvə və ballistik raket proqramları üçün vəsait yarada biləcək sanksiyalardan yayınma fəaliyyətinə görə Koreya Xalq Demokratik Respublikasının əlavə altı fiziki şəxsə və üç quruma qarşı sanksiyalar tətbiq edib”, - Şuranın bəyanatında deyilir.