Ermənistanda korrupsiyaya qarşı mübarizə məhkəməsi keçmiş ekologiya naziri, Respublikaçılar Partiyasından olan keçmiş deputat Vardan Ayvazyanın qanunsuz əmlakının müsadirə edilməsi ilə bağlı prokurorun iddiasına baxacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazıb.
Məlumata görə, söhbət 50 milyon dollardan çox nağd puldan, bir neçə daşınmaz əmlakdan, nəqliyyat vasitələrindən və səhmlərdən gedir. İddia mayın 23-də icraata qəbul edilib. Belə ki, prokurorluq Ayvazyan və ona bağlı şəxslərdən təxminən 21 milyard dram (53 milyon dollardan çox), 3 ədəd daşınmaz əmlakın, 2 avtomobilin, 8 şirkətin səhmlərinin və daha iki nəqliyyat vasitəsinin pul ekvivalentinin müsadirə edilməsini tələb edir.
Ayvazyan 2001-2007-ci illərdə Ermənistanın ətraf mühit naziri olub. Bundan sonra bir neçə çağırış parlamentin deputatı olub.