İspaniya İsrailə şifahi nota göndərib

14:44 - 31 May 2024 - DÜNYA

İspaniya hakimiyyəti yəhudi dövlətinin krallığın Qüdsdəki konsulluğunun fəaliyyətinə məhdudiyyətlər qoyması ilə bağlı İsrail hökumətinə şifahi nota göndərib.

Ucnoqta.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.

"Cavab bu səhər başladı, biz İsrail hökumətinə şifahi nota göndərdik və burada İspaniyanın Qüdsdəki Baş Konsulluğunun normal fəaliyyətinə qoyulan hər hansı məhdudiyyəti rədd edirik" - Albares müsahibəsində deyib.

Xəbər xətti