Liderlər Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitini müzakirə ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının qarşıdan gələn sammitini müzakirə ediblər. Bildirilir ki, bu sammitdə Belarusun təşkilata üzv statusunun verilməsi barədə qərarın qəbul edilməsi planlaşdırılır.