Qərb ölkələri Rusiya Federasiyasının heç vaxt taktiki nüvə silahından istifadə etməyəcəyi ilə bağlı hesablamalarında “ölümcül səhvə” yol verə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib.
“Bir neçə il əvvəl onlar təkid edirdilər ki, Rusiya Qərblə mübahisə etməmək üçün bandera rejimi ilə açıq hərbi münaqişəyə girməyəcək. Səhv hesabladılar. Müharibə gedir”, – Medvedev yazıb.
Onun fikrincə, taktiki nüvə silahının istifadəsi də səhv hesablana bilər. "Baxmayaraq ki, bu ölümcül bir səhv olardı. Axı Rusiya prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, Avropa ölkələrində əhalinin sıxlığı çox yüksəkdir. Torpaqları taktiki nüvə silahının əhatə dairəsindən uzaq olan düşmən ölkələr üçün isə nəhayət, strateji potensial var”, - Medvedev qeyd edib.
“Və NATO-nun təqaüdçüləri nə qədər danışsalar da, Rusiyanın keçmiş Ukraynaya və xüsusən də ayrı-ayrı NATO ölkələrinə qarşı heç vaxt qeyri-strateji nüvə silahlarından istifadə etməyəcək, həyat onların qeyri-ciddi mülahizələrindən qat-qat pisdir”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.///tass