Türkiyənin "Fənərbaxça" futbol klubu portuqaliyalı Joze Mourinyonu komandaya yeni baş məşqçi təyin edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio özünün X səhifəsində yazıb.
Türkiyə klubunun hazırkı baş məşqçisi İsmayıl Kartalın müqaviləsi iyunun sonuna kimi qüvvədədir. Məlumata görə, Mourinyoya 2 illik müqavilə təklif olunub.
2023/24 mövsümünün sonunda "Fənərbaxça" Türkiyə çempionatının turnir cədvəlində ikinci yeri tutub.
Mourinyonun 61 yaşı var. Son klubu 2021-ci ildən 2024-cü ilə qədər rəhbərlik etdiyi İtaliyanın “Roma”sı olub. Onun rəhbərliyi altında komanda tarixdə ilk Konfrans Liqasının qalibi olub.