İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) ticarət dövriyyəsini 14 dəfə artırıb
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Beş dövlətin hamısı Avrasiya İqtisadi İttifaqında iştirakdan tamamilə faydalanır. İlk növbədə daxili sərhədlərdə gömrük nəzarətinin olmaması ilə bağlıdır. Güzəştli çıxış sayəsində qarşılıqlı ticarətin həcmi eksponent olaraq artıb. Məsələn, Ermənistan ittifaq bazarına ixracı 14 dəfə, Belarus və Qazaxıstan 2 dəfədən çox, Qırğızıstan 3 dəfə artırıb”.