Ölkəyə gətirilən mallar niyə ucuzlaşmır? - VİDEO

11:48 - 31 May 2024 - İQTİSADİYYAT

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın ticarət etdiyi ölkələrin valyutaları manata nisbətən dəyərdən düşüb.

Manat ən çox Türkiyə lirəsi qarşısında bahalaşıb. Milli valyutamız həmçinin avro, ingilis funt-sterlinqi, Rusiya rublu, Çin yuanı və digərlərinə nəzərən möhkəmlənib.

İqtisadi nəzəriyyəyə görə, bu amil həmin ölkələrdən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olmalıdır. Lakin 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən məhsulların dəyəri nəinki azalmayıb, əksinə 15,5 faiz artıb.

Bəs bu ziddiyyətli məqamın səbəbi nədir?

Ətraflı BAKU TV-nin süjetində:

Xəbər xətti