“Nəsimi” filminin pərdəarxası: Rasim Balayevin yerinə ...

19:35 - 31 May 2024 - Mədəniyyət

Xalq artisti Rasim Balayev baş rola çəkildiyi "Nəsimi" filmində "dərisinin soyulması" səhnəsinin pərdəarxası məqamlarını illər sonra üzə çıxarıb. 

Ucnoqta.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə 75 yaşlı aktyor "Zarafat bir yana" verilişində danışıb. 

O bildirib ki, çəkiliş zamanı bazara qarpız yeməyə getdiyindən rejissor həmin səhnədə işıqçını çəkib: 

"Özbəkistanın Urgənc şəhəri var. Orada bir meydan var. Yəni qədim, tarixi binalardır. O meydanın yanında isə bazar vardı. 50 dərəcə isti idi. Dedilər ki, bazara qarpız gətiriblər.

Bizdə qarpızın kiloqramı 50, orada isə 5 qəpik idi. Qumun üstündə bitən qarpızlar sərin və şirin olur. Yığışdıq getdik qarpız yeməyə. "Nəsimi" filminin rejissoru Həsən Seyidbəylinin şəkər xəstəliyi vardı. Səbirsiz insan idi. Soruşmuşdu ki, Rasim Balayev haradadır? Demişdilər ki, gedib bazara, qarpız yeməyə. Ona bazara getdiyimizi deməmişdik. Rəhmətlik Rasim İsmayılov görüb ki, Həsən hirslənir. Deyib ki, problem deyil, işıqçı Rüstəm var. Onun ayağını qoyub çəkərik. Filmə elə onun da ayağını çəkiblər". 

Xəbər xətti