Ermənistan KTMT Müdafiə Nazirləri Şurasının cümə günü Almatıda keçiriləcək iclasında iştirak etməyəcək, lakin məhdud tərkibdə qərarların qəbul edilməsinə etiraz etmir.
Ucnoqta.az xəbər verir ki, bunu TASS-a qurumun katibliyinin nümayəndəsi Yuri Şuvalov deyib.
“Ermənistan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyəcək, lakin erməni tərəfi bizə məlumat verib ki, məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir”, - Şuvalov bildirib.