İsrail hərbçiləri Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İş Təşkilatının (UNRWA) Yaxın Şərq Agentliyinin məktəb kompleksində radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən yaradılan silah anbarını aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən məlumat yayıb. Qəzza zolağının cənubunda fəaliyyət göstərən İDF hərbçiləri UNRWA-nın məktəb kompleksində məscid və tibb mərkəzi olan silah anbarı aşkarlayıblar. Bildirilir ki, əməliyyat zamanı çoxlu sayda odlu silah və qumbara tapılıb.