Hindistanın Ehtiyat Bankı (mərkəzi bank) Böyük Britaniyadan öz xəzinələrinə 100 ton qızıl köçürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb. Məlumata görə, bu, 1991-ci ildən bəri ilk hadisədir. Yaxın vaxtlarda ölkəyə yenidən eyni miqdarda qızıl göndərilə bilər.
Qərar kapitalın saxlanması üsullarının şaxələndirilməsi və logistik səbəblərə görə qəbul edilib.
Hindistan Ehtiyat Bankı bir neçə il əvvəl qızıl almağa başlayıb və onu harada saxlamaq istədiyi ilə bağlı təhlil aparmaq qərarına gəlib. Qızıl xaricdə yığıldığı üçün onun bir hissəsini Hindistana köçürmək qərara alınıb.
Son məlumatlara görə, Hindistan Ehtiyat Bankının ehtiyatları 822,1 ton qızıla çatır. Bunun 413,8 tonu xaricdə saxlanılıb. Ötən maliyyə ili ərzində Mərkəzi Bank 27,5 ton qızıl alıb.///tass