Naməlum şəxslər Avstraliyanın Melburn şəhərindəki ABŞ konsulluğunun binasına qırmızı boya tökərək, fasadında “Azad Qəzzaya” və “Şəhidlərə şükür” yazılarını qoyublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə SBS telekanalı məlumat yayıb. Məlumata görə, insident cümə günü gecə, konsulluğun bağlandığı vaxt baş verib. Binanın fasadı demək olar ki, tamamilə qırmızı boya ilə örtülmüş, foyedəki pəncərələr bir neçə yerdən sındırılıb.
İnsidentə görə məsuliyyəti öz üzərinə götürən Fələstin tərəfdarı qruplar aksiyanın “Əmək Partiyasına qarşı milli aksiya günü”nə təsadüf etdiyini bəyan ediblər. Onlar Fələstin xalqına dəstək və Avstraliya hökumətinin kursuna qarşı hərəkətləri davam etdirəcəklərinə söz veriblər. Polis vandalları tapmaq üçün hadisəni araşdırdıqlarını bildirib.