Çin Xalq Respublikası və ABŞ Müdafiə Nazirliyinin rəhbərləri Donq Jun və Lloyd Ostin cümə günü, mayın 31-də Sinqapurda "Şanqri-La Dialoq" təhlükəsizlik forumu çərçivəsində danışıqlar aparacaqlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
Sabrina Sinq Ostinin görüş zamanı hansı mövzuları müzakirə etmək niyyətində olduğunu söyləməkdən imtina edib. Onun sözlərinə görə, Çin və ABŞ arasında hərbi sahədə rabitə kanalları yanlış hesablamalardan qaçmağa imkan verir.