ABŞ hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də bu dövlətlərin hakimiyyət orqanlarının tələbi ilə Balkan ölkələrinə göndərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Intelligence Online” internet portalı məlumat yayıb. İddia olunur ki, amerikalı müşavirlər onları [departamentləri] Amerika qüvvələri ilə uyğunlaşdırıb Rusiya modelindən uzaqlaşdırmalıdırlar, çünki bu ölkələrin hakimiyyət orqanları guya Moskvanın təsir orbitindən çıxmaq istəyirlər.