Göyçayda qadının dörd min manatını talayıblar

20:53 - 30 May 2024 - ÖLKƏ İÇİ

Göyçayda qadının xəstəxanada işə düzəltmə adı ilə dörd min manatını taladılar

Lent.az-ın məlumatına görə, Göyçay rayon sakini Aysel Hüseynovadan (ad, soyad şərtidir) Ə.Mehdiyev və A.Axmedov guya xəstəxanada işə düzəltmə adı ilə dörd min pul alıblar.

Bir müddət keçsə də onlar vədlərinə əməl etməyiblər.

Zərərçəkmiş ona qarşı edilən dələduzluqla bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti