Təyyarə qəzasında həlak olan İran prezidenti BMT Baş Assambleyasında bir dəqiqəlik sükutla yad edilib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasına toplaşan nümayəndə heyətləri təyyarə qəzası zamanı İran prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş xüsusi tədbirdə onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyanın 78-ci sessiyasının sədri Dennis Fransisk və onlarla ölkəni təmsil edən 100-ə yaxın diplomat iştirak edib.
ABŞ və əksər Avropa ölkələri görüşə qatılmayıb. Podiumun yanında Rəisinin fotoşəkili quraşdırılıb və onun şəkli də sədrin oturacağının arxasındakı böyük ekranda nümayiş etdirilib.