İspaniyanın Deputatlar Konqresi (parlamentin aşağı palatası) ölkədə etirazlara səbəb olan Kataloniya separatizmi prosesində iştirak edənlərə amnistiya haqqında qanun layihəsini nəhayət ki, təsdiqləyib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, səsvermə parlamentin saytında yayımlanıb.
Təşəbbüsü 177 deputat dəstəkləyib, 172 deputat əleyhinə çıxıb. Təşəbbüs təxminən altı ay əvvəl baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (PSOE) tərəfindən parlamentdə qeydə alınıb.
Qanun indi rəsmi hökumət qəzetində dərc edilməlidir və onun icrasına məhkəmələr cavabdeh olacaq.