Çin və Rusiya orduları birgə təlimlərin əhatə dairəsini genişləndirmək, həmçinin müntəzəm olaraq dəniz və hava patrulları təşkil etmək niyyətindədirlər.
Ucnoqta.az xəbər verir ki, bunu mayın 30-da keçirdiyi brifinqdə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Cyan Rusiya prezidenti Vladimir Putinin mayın 16-17-də Çinə dövlət səfərini şərh edərkən deyib.
O xatırladıb ki, tərəflər Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin dərinləşdirilməsinə dair Birgə Bəyanat imzalayıblar. Onun sözlərinə görə, bu, iki ölkənin qarşılıqlı hərbi etimadı və əməkdaşlığı gücləndirməyi, birgə təlimlərin əhatəsini genişləndirməyi, müntəzəm olaraq dəniz və havada birgə patrulları təşkil etməyi davam etdirəcəyini göstərir.
Vu Cyan əlavə edib ki, Pekin və Moskva ikitərəfli və çoxtərəfli mexanizmlər vasitəsilə koordinasiya və əməkdaşlığı gücləndirəcək, risk və çağırışlara birgə cavab vermək qabiliyyətini və səviyyəsini daim təkmilləşdirəcək.
O qeyd edib ki, iki ölkənin hərbçiləri müxtəlif sahələrdə praktiki əməkdaşlığı gücləndirməkdə davam edirlər.