İranda 14-cü növbədənkənar prezident seçkiləri üçün namizədlərin qeydiyyatı cümə axşamı yerli vaxtla saat 08:00-da başlayıb və iyunun 3-dək davam edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, seçkilərdə iştirak etmək üçün öz namizədliklərini təqdim etməyə 5 gün vaxt verilib. İyunun 4-dən etibarən bütün qeydiyyatdan keçmiş şəxslərin namizədlikləri Qəyyumlar Şurası tərəfindən yeddi gün ərzində ərizəçinin səlahiyyətlərinə və prezident vəzifəsi üçün ixtisaslarına uyğunluq baxımından nəzərdən keçiriləcək və təsdiq edilmiş namizədlərin yekun siyahısı iyunun 11-də elan ediləcək. Siyahı dərc edildikdən sonra hər kəsin təşviqat üçün 15 gün vaxtı olacaq.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək