Ukraynanın müdafiə qüvvələri gün ərzində daha 1160 rus hərbçisini məhv edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Telegram kanalında bildirilib. Beləliklə, genişmiqyaslı hücumun əvvəlindən düşmənin şəxsi heyətində ümumi itkiləri təxminən 506.260 əsgər təşkil edir. Həmçinin Silahlı Qüvvələrin əsgərləri düşmənin 10 tankını və 35 artilleriya sistemini məhv ediblər.
24.02.22-dən 30.05.24-dək düşmənin ümumi döyüş itkiləri təxminən: hərbiçi - 506 260 (+1 160) nəfər; tanklar - 7710 (+10) ədəd; zirehli döyüş maşınları - 14 913 (+22) ədəd; artilleriya sistemləri - 13101 (+35) ədəd; RSZV - 1088 (+1) vahid; hava hücumundan müdafiə vasitələri - 815 ədəd; təyyarə - 357 ədəd; helikopterlər - 326 ədəd; əməliyyat-taktiki səviyyəli PUA-lar - 10532 (+22) ədəd; qanadlı raketlər - 2222 ədəd; gəmilər/qayıqlar - 27 ədəd; sualtı qayıqlar - 1 ədəd; avtomobil avadanlığı və sisternlər - 17 849 (+53) ədəd; xüsusi texnikanın - 2153 (+11) ədəddir.