Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə qeyd edib:
“Azərbaycanın mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”.