Moskvada sənaye və anbar binasında 4 min kvadratmetr sahədə yanan yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub.
07:35
Moskvanın şərqində istehsal və anbar binasını əhatə edən yanğının sahəsi iki dəfə artıb - 4 min kvadratmetrə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti istehsalat və anbar binasının 2 min kvadratmetr sahədə yandığını bildirirdi. Moskva Aviasiya Mərkəzinin Ka-32 helikopteri yanğının söndürülməsinə cəlb olunub.