"Ənsar Allah" qiyamçı hərəkatının husiləri Yəmən səmasında Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
Onun sözlərinə görə, üsyançılar PUA-nı yerli istehsal olan zenit-raket kompleksindən istifadə edərək məhv ediblər. Hərəkat nümayəndəsinin sözlərinə görə, bu, 2023-cü ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsinin ardınca regionda eskalasiya başlayandan bəri husilər tərəfindən vurulan altıncı Amerika pilotsuz təyyarəsidir.