Papikyan Aİ Hərbi Komitəsinin rəhbəri ilə əməkdaşlığı müzakirə edib

16:28 - 29 May 2024 - DÜNYA

Ermənistanın müdafiə naziri Suren Papikyan Şuman Təhlükəsizlik və Müdafiə Forumunda Avropa İttifaqının Hərbi Komitəsinin sədri general Robert Briqer ilə görüş keçirilib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, müdafiə sahəsində Ermənistan-Aİ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Müdafiə naziri Ermənistan silahlı qüvvələrində aparılan islahatların gedişini təqdim edib.

Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.

Xəbər xətti