Rusiyada bank köçürmələrinə limit təyin olunub
Ucnoqta.az xəbər verir ki, Rsuiya prezidenti Vladimir Putin hesab açmadan vətəndaşlardan birdəfəlik bank köçürmələrinə maksimum 100 min rubl limit tətbiq edən qanunu imzalayıb.
İndi 15 mindən çox məbləği köçürərkən banka pasport məlumatlarınızı təqdim etmək kifayətdir. Qanunun məqsədi cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması risklərini azaltmaqdır.
Yeni norma rəsmi dərc edildikdən bir il sonra qüvvəyə minəcək.