Husilər Yunanıstana məxsus gəmiyə hücum edib

06:02 - 29 May 2024 - DÜNYA

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının Marşal adaları bayrağı altında Yunanıstanın Laax gəmisinə hücum etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS yazıb. 

Məlumata görə, husilər Yəməndə nəzarəti altında olan ərazilərdən Qırmızı dənizə doğru beş gəmi əleyhinə ballistik raket atıblar. Komandanlığln X səhifəsində bildirilir ki, Yunan Marşal Adaları bayraqlı yük daşıyıcısı olan Laax, üç raketlə vurulduğunu, lakin yoluna davam etdiyini bildirib

Amerika, koalisiya və ticarət gəmilərinə ziyan dəymədiyi qeyd edilir. CENTCOM həmçinin Husilərin Yəməndən buraxdığı beş pilotsuz uçuş aparatının (PUA) Qırmızı dəniz üzərində məhv edildiyini bildirib.

Komandanlıq bu dronların bölgədəki ticarət gəmiləri üçün birbaşa təhlükə yaratdığını bildirib.

Xəbər xətti