Taliblər Əfqanıstan Səhiyyə Nazirliyinin rəhbərini dəyişib

00:21 - 29 May 2024 - DÜNYA

Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətində səhiyyə naziri vəzifəsini icra edən Qələndər İbad vəzifəsini tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amu telekanalı Taliban hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahidə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu vəzifəni Əfqanıstanın daxili işlər nazirinin keçmiş müavini Nur Cəlal tutacaq. Mücahid İbadın istefasının səbəbini açıqlamayıb.

Xəbər xətti