Birləşmiş Ərəb Əmirlikləri İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində fələstinli qaçqınların düşərgəsinə endirdiyi zərbəni pisləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Departament həmçinin dərhal atəşkəsə nail olunmasının, mülki şəxslərin müdafiəsinin təmin edilməsinin və daha çox insan tələfatının qarşısının alınmasının vacibliyini vurğulayaraq, bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrasının zəruriliyini qeyd edib.