Çinin şərqindəki Anhui əyalətində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub, insanlar dağıntılar altında qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Fövqəladə hadisə yerli vaxtla təxminən saat 13:40-da Tunlin kəndinin ətrafında baş verib. Bildirilir ki, dağıntıdan sonra itkin düşənlər var. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Dağıntılar altında neçə nəfərin qaldığı barədə hələlik məlumat yoxdur.