NATO alyans ölkələrinə qarşı birbaşa hücum təhlükəsi görmür və Rusiya ilə münaqişə axtarmır, lakin hərbi potensialının, xüsusən Qara dəniz regionunda, o cümlədən hava hücumundan müdafiə sistemlərinin artırılmasını zəruri hesab edir.
Ucnoqta.az xəbər verir ki, bunu NATO Parlament Assambleyası çərçivəsində mətbuat konfransında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz heç bir NATO ölkəsinə silahlı hücum təhlükəsi görmürük, lakin Ukraynada müharibə davam etdikcə və Qara dəniz regionunda qeyri-sabitlik hökm sürürsə, ayıq-sayıqlığımızı artırmağa, yerdə mövcudluğumuzu artırmağa ehtiyac var. Biz həmçinin NATO daxilində hərbi imkanlarımızı sürətlə gücləndirmək və ya dəyişmək qabiliyyətimizi artırmaq üçün inteqrasiya olunmuş raketdən müdafiə sisteminin qurulmasına daha çox sərmayə qoymağa razılaşdıq” - deyə baş katib qeyd edib.
“Ukraynaya gəlincə, bizim ikili vəzifəmiz var: Ukraynanı dəstəkləmək, həm də münaqişənin onun ərazisindən kənara çıxmasının qarşısını almaq NATO Rusiya ilə münaqişə axtarmır və hesab edir ki, Ukraynaya dəstəyimiz bizi bu tərəfə çevirmir Ona görə də bizim Ukraynada NATO qüvvələrini yerləşdirmək və ya NATO texnikasını Ukrayna hava məkanına göndərmək planımız yoxdur”.