Qazaxıstanda turistləri daşıyan avtobus aşıb

13:30 - 27 May 2024 - Xəbər

Qazaxıstanın Almatı vilayətinin Kegen rayonunda turistləri daşıyan avtobus aşıb, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb. Turistlərin hansı ölkələrdən olduğu hələ dəqiqləşdirilməyib.

Məlumatda bildirilir ki, avtobusda 37 nəfər olub. Zərərçəkənlərdən 13-ü regional xəstəxanalara çatdırılıb. Onların vəziyyəti stabildir, administrasiyadan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti