Dehlidə son iki ilin ən yüksək temperaturu qeydə alınıb

11:12 - 27 May 2024 - DÜNYA

Son iki ildə ən yüksək temperatur son 24 saat ərzində Yeni Dehlinin də daxil olduğu Dehli Milli Paytaxt Bölgəsində qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Hindistan Meteorologiya Departamentinin (IMD) verdiyi məlumata görə, Dehlinin şimal-qərbindəki Manqeşpur şəhərətrafı bölgəsində 48,3 dərəcə selsi temperaturu qeydə alınıb.

Bu, 2022-ci il mayın 5-dən, eyni şəhərətrafı ərazidə termometrin 49,2 dərəcəyə qalxmasından bəri ən yüksək temperaturdur. Ötən bazar günü Dehlidə orta maksimal temperatur normadan 5 dərəcə yüksək olmaqla 45,4 dərəcə olub. Meteoroloqlar xəbərdarlıq edir ki, ayın sonuna qədər paytaxt ərazisində yüksək temperatur davam edəcək.

Xəbər xətti