Çində 1,9 milyon kibercinayətin üstü açılıb

07:36 - 27 May 2024 - DÜNYA

Çin hüquq-mühafizə orqanları son 5 ildə 1,9 milyon kibercinayətin üstünü açıb.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçonq deyib.

“Son beş il ərzində telekommunikasiya və internet sahəsində ümumilikdə 1 milyon 945 min dələduzluq faktının üstü açılıb”, - deyə hüquq-mühafizə orqanının rəsmi nümayəndəsi bildirib.

Eyni zamanda, onun sözlərinə görə, səkkiz ayda belə cinayətlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% azalıb.

Xəbər xətti