Evini stamaq istəyən şəxs dələduzluğa məruz qalıb
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi polkovnik leytenant Elşad Hacıyev sosial şəbəkədə bildirib.
DİN rəsmisinin szlərinə görə, daha bir kiber oğurluq faktı üzrə zərər 21000 mant təşkil edib:
"Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət "razılşır" və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar. Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar".