Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
"Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - Zaxarova qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Moskva ilə münasibətləri tənqid edib. Xüsusilə, o, İrəvanın birgə müdafiə alyansı - KTMT-nin işində iştirakını dayandırıb, həmçinin 1992-ci ildən bəri Rusiya sərhədçilərinin paytaxt hava limanında fəaliyyətini dayandırıb.